Dünya
İranda casus ovu qanuniləşdirilir - VİDEO
"İran parlamentinin avqustun 16-da xarici təsirə qarşı mübarizə haqqında qanun layihəsinin ümumi müddəalarını təsdiqləməsi ölkədə geniş diskussiyalar doğurub. Srağagün dörd fəsildən, 33 maddədən ibarət qanunun tam mətninin İran mediasında dərc olunması mübahisələrin daha da qızışmasına, eyni zamanda daha konkret səciyyə kəsb etməsinə səbəb olub". Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Həsən Qəşqavinin bildirdiyinə görə, layihənin məqsədi xarici dövlətlərin, kəşfiyyat xidmətlərinin və digər əcnəbi qurumların ölkədəki təsirinə qarşı mübarizə üçün hüquqi çərçivə yaratmaqdır. "Bizim casusluq haqqında qanunumuz var, amma xarici təsirlə bağlı hüquqi boşluq mövcuddur, hazırkı layihə bu boşluğu aradan qaldırır" - deyə əlavə edib. Verilən məlumata əsasən, qanun layihəsi parlamentin onlayn plenar iclasında 183 səs lehinə, 4 əleyhinə və 5 bitərəf olmaqla birinci oxunuşda təsdiqlənib. Lakin qanun o qədər mürtəce xarakter daşıyır ki, nəinki bəzi deputatların, ictimai-siyasi fəalların, elm və mədəniyyət xadimlərinin, hətta İran hökumətinin də etirazına səbəb olub. İran Prezidenti Məsud Pezeşkianın hüquq məsələləri üzrə müavini Məcid Ənsari bununla bağlı açıqlamasında deyib: "Bu layihə vətəndaş hüquqları sahəsində ölkə konstitusiyasının bir çox maddələrinə ziddir və bəzi məqamlarda şəriət meyarlarına uyğun deyil". Ənsarinin sözlərinə görə, hökumət üç səbəbə görə bu qanunun əleyhinədir: birincisi, qanun İran alimlərinin beynəlxalq əlaqələrini məhdudlaşdırmaqla ölkədə elmin inkişafına ciddi maneə yaradacaq; ikincisi, ölkədən beyin axınının artmasına və sürətlənməsinə təkan verəcək; üçüncüsü, İranın intellektual mühitində narazılığa səbəb olmaqla yanaşı, ölkənin beynəlxalq imicinə mənfi təsir göstərəcək", - deyə materialda bildirilir.

Mənbə
oxu.az