Digər
14 il sonra yenidən eyni serialda
Türkiyəli aktrisa Bergüzar Korel “A.B.İ.” serialının ikinci mövsümündə rol alacaq.
Kult.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, serialın çəkilişlərinə avqustun 22-də başlanması planlaşdırılır.
Xatırladaq ki, aktrisa illər sonra Kənan İmirzalıoğlu ilə yenidən eyni layihədə rol alacaq. Onlar bundan əvvəl 2012-ci ildə yayımlanan “Karadayı” serialında tərəf müqabili olublar.
Mənbə
axar.az