Cəmiyyət

ADY-dən sürücü və piyadalara müraciət

21 Aug 2026, 16:47 2 baxış
ADY-dən sürücü və piyadalara müraciət

Dəmiryol keçidlərində təhlükəsiz hərəkətin təmin olunması əsas məqsədlərdən biridir.


Bu barədə Axar.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.


Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında dəmiryol keçidlərində 21 təhlükəli hadisə qeydə alınıb:


“Tələskənlik və diqqətsizlik nəticəsində qatar yoluna çıxan sürücülər və piyadalar arasında xəsarət alanlar və həyatını itirənlər olub. Bu kimi hadisələrin qarşısının alınması məqsədilə tərəfindən dəmiryol keçidlərinin yaxınlığında xüsusi xəbərdaredici posterlərin quraşdırılmasına başlanılıb. Bir daha sürücü və piyadaları qatar yoluna çıxmamağa, dəmiryol keçidlərində diqqətli və məsuliyyətli olmağa çağırırıq”.

Mənbə axar.az

Oxşar Xəbərlər