İdman

"Mançester Siti"nin tarixində rekord satış: Savinyo "Tottenhem"ə keçir

21 Aug 2026, 03:34 2 baxış
"Mançester Siti"nin tarixində rekord satış: Savinyo "Tottenhem"ə keçir
"Tottenhem" və "Mançester Siti" sol cinah vingeri Savinyonun 93.5 milyon avro və əlavə 5.7 milyon avro bonus qarşılığında transferi barədə razılığa gəliblər. Oxu.Az "Globo"ya istinadən xəbər verir ki, yaxın vaxtlarda futbolçuya tibbi müayinədən keçmək üçün Londona uçmağa icazə veriləcəyi gözlənilir. Danışıqlar zamanı "Tottenhem" həmçinin Omar Marmuşla da maraqlanıb və onun transferi ilə bağlı danışıqlar irəliləyib. Zəmanətli ödəniş və bonuslar nəzərə alınmaqla, hər iki sövdələşmənin ümumi məbləğinin təxminən 151 milyon avro təşkil edəcəyi gözlənilir. Qeyd olunur ki, Savinyonun transferi "Mançester Siti"nin tarixində rekord satış olacaq. Hazırda bu rekord 2024-cü ilin avqustunda 75 milyon avroya "Atletiko Madrid"ə satılan Xulian Alvaresə məxsusdur. Savinyon 2024-cü ilin iyulundan "şəhərlilər"in heyətində çıxış edir. Onun müqaviləsi 30 iyun 2031-ci ilədək nəzərdə tutulub. O, ötən mövsüm klubun heyətində keçirdiyi 36 matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər