Dünya

İranlı qadın müğənniyə həbs cəzası verildi - FOTO

21 Aug 2026, 02:24 1 baxış
İranlı qadın müğənniyə həbs cəzası verildi - FOTO
Tehranda konsert verdiyinə görə daha əvvəl həbs edilən müğənni Heyva Seyfizadə dörd il müddətinə azadlıqdan məhrum edilib. Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, o, əxlaqsızlığın təbliğində ittiham olunub. Qeyd edək ki, Heyva Seyfizadə 2024-cü il fevralın 27-də Tehranda "Reberu" zalında konsert verərkən həbs edilib. O, bir müddət sonra girov qarşılığında məhkəməyə qədər müvəqqəti olaraq sərbəst buraxılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər