İdman
Mahir Emreli "Rakuv"da növbəti qolunu vurdu
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın "Rakuv" klubunun heyətində sayca üçüncü qolunu vurub. Oxu.Az xəbər verir ki, Emreli bu dəfə UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Hayduk"un (Xorvatiya) qapısına yol tapıb. Forvard 27-ci dəqiqədə baş zərbəsi ilə fərqlənib. Qarşılaşma isə 2:2 hesabı ilə başa çatıb. Qeyd edək ki, Mahir Emreli iyulun 17-də "Rakuv"a transfer olunub.
Mənbə
oxu.az