“Kayrat”dan ağır məğlubiyyət...
UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyunlara start verilib.
Axar.az xəbər verir ki, Qazaxıstanın "Kayrat" komandası öz meydanında Belçikanın "Anderlext" klubunu qəbul edib. Almatıda baş tutan qarşılaşma qonaqların 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Görüşə uğursuz başlayan "Kayrat" matçın 2-ci dəqiqəsində yarımmüdafiəçi Yaakko Oksanenin avtoqolu ilə hesabda geri düşüb. 24-cü dəqiqədə Lukaş Ambros fərqi ikiyə çatdıraraq "Anderlext"in üstünlüyünü artırıb. İşləri bir az da çətinə düşən Qazaxıstan klubu 38-ci dəqiqədə azlıqda qalıb, müdafiəçi Aleksandr Şirobokov qırmızı vərəqə alaraq meydandan qovulub. İlk hissəyə əlavə olunmuş vaxtda isə Daniil Sikan fərqlənərək görüşdə son nöqtəni qoyub.