Dünya
Məşhur ABŞ-li repçi "Mirotvorets" bazasına daxil edildi - FOTO
Məşhur ABŞ-li repçi Lil Pump (əsl adı Qazzi Fabio Qarsiya) Ukraynanın "Mirotvorets" bazasına daxil edilib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, Rusiyaya səfər edən və müğənni MARGO ilə birlikdə çıxış edən sənətçi Rusiyanı açıq şəkildə dəstəkləməkdə ittiham olunur. Lil Pumpın avqustun 20-də Moskvaya gəldiyi və avqustun 22-də ilk solo konsertinin planlaşdırıldığı bildirilir. Qeyd edək ki, 2014-cü ildən fəaliyyət göstərən "Mirotvorets" saytı Ukraynanın milli təhlükəsizliyinə təhdid yaratdığı iddia olunan şəxslər haqqında məlumatları dərc edir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az