Cəmiyyət

Heyvanmənşəli qidalara dair yeni qaydalar təsdiqləndi

20 Aug 2026, 18:24 2 baxış
Heyvanmənşəli qidalara dair yeni qaydalar təsdiqləndi
Yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan koksidiostat və ya histomonostatların heyvanmənşəli qida məhsullarında yol verilən maksimum miqdarına dair sanitariya norma və qaydaları təsdiqlənib. Oxu.Az xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb. Qeyd olunur ki, yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan koksidiostat və ya histomonostatların heyvanmənşəli qida məhsullarında yol verilən maksimum miqdarına dair sanitariya norma və qaydaları qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə yem məhsuluna məqsədli şəkildə əlavə olunmayan, lakin yemlərin istehsalı, emalı, saxlanması və daşınması zamanı çarpaz çirklənmə nəticəsində heyvanmənşəli qida məhsullarına keçə bilən koksidiostat və ya histomonostatların yol verilən maksimum miqdarını müəyyənləşdirir. Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan koksidiostat və ya histomonostatların heyvanmənşəli qida məhsullarında yolverilən maksimum miqdarı
Koksidiostat və ya histomonostatlar Qida məhsulunun adı YMM, µq/kq yaş çəki
Natrium lazalosid Ev quşları və iribuynuzlu heyvandan başqa digər heyvanlardan alınan qida məhsulları:
süd 1
qaraciyər 50
böyrək 20
digər 5
Narazin Ətlik toyuqdan başqa digər heyvanlardan alınan qida məhsulları:
yumurta 2
süd 1
qaraciyər 50
digər 5
Natrium salinomisin Ətlik toyuq və ətlik dovşandan başqa digər heyvanlardan alınan qida məhsulları:
yumurta 3
qaraciyər 5
digər 2
Natrium monensin Ətlik toyuq, hind quşu və iribuynuzlu heyvandan (südlük mal-qara daxil olmaqla) başqa digər heyvanlardan alınan qida məhsulları:
qaraciyər 8
digər 2
Semduramisin Ətlik toyuqdan başqa digər heyvanlardan alınan qida məhsulları; 2
Maduramisin Ətlik toyuq və hind quşudan başqa digər heyvanlardan alınan qida məhsulları:
yumurta 12
digər 2
Robenidin Ətlik toyuq, hind quşu, ətlik və damazlıq dovşandan başqa digər heyvanlardan alınan qida məhsulları:
yumurta 25
qaraciyər, böyrək, dəri və piy 50
digər 5
Dekokvinat Ətlik toyuq, iribuynuzlu heyvan və qoyundan (südlük heyvanlar istisna olunmaqla) başqa digər heyvanlardan alınan qida məhsulları; 20
Halofuginon Ətlik toyuq, hind quşu və iribuynuzlu heyvandan (südlük mal-qara istisna olunmaqla) başqa digər heyvanlardan alınan qida məhsulları:
yumurta 6
qaraciyər və böyrək 30
süd 1
digər 3
Nikarbazin Ətlik toyuqdan başqa digər heyvanlardan alınan qida məhsulları:
yumurta 300
süd 5
qaraciyər 300
böyrək 100
digər 50
Diklazuril Ətlik toyuq, ətlik hind quşu, firəng toyuğu, ətlik və damazlıq dovşan, gövşəyən heyvanlar və donuzdan başqa digər heyvanlardan alınan qida məhsulları:
yumurta 2
qaraciyər və böyrək 40
digər 5
Mənbə oxu.az

Oxşar Xəbərlər