Cəmiyyət

Pünhan Əlizadəyə vəzifə verildi - FOTO

20 Aug 2026, 17:32 2 baxış
Pünhan Əlizadəyə vəzifə verildi - FOTO
Saatlı Peşə Liseyində tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyinat olub. Oxu.Az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, sözügedən vəzifəyə Pünhan Əlizadə gətirilib. Qeyd olunub ki, P.Əlizadə 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-informatika ixtisası üzrə bakalavriat səviyyəsini bitirib.
Əmək fəaliyyətinə 2002-ci ildə Saatlı rayonu M.Əzizbəyov adına 2 nömrəli orta məktəbdə riyaziyyat müəllimi kimi başlayıb. 2006-2007-ci illərdə Saatlı Rayon Təhsil Şöbəsində metodist vəzifəsində çalışıb. 2014-2020-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı Rayon Təhsil Şöbəsində məsləhətçi, 2020-2021-ci illərdə Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunda məsləhətçi vəzifəsində fəaliyyət göstərib. 2022-ci ildən 2024-cü ilədək Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunun metodik kabinetinin müdiri vəzifəsində çalışıb. Ötən il yanvarın 6-dan Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu Nabatkənd kəndi İ.Ağayev adına tam orta məktəbində müəllim kimi fəaliyyət göstərir.
Pünhan Əlizadəyə vəzifə verildi - FOTO Pünhan Əlizadəyə vəzifə verildi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər