Cəmiyyət

Nazirlikdən rezidenturaya qəbul olanlara müraciət

20 Aug 2026, 17:00 24 baxış
Nazirlikdən rezidenturaya qəbul olanlara müraciət

2026-2027-ci tədris ili üçün rezidenturaya (Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər.


Bu barədə Axar.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.


Bildirilib ki, rezidenturaya qəbul olmuş şəxsin özü olmadıqda müqaviləni həmin şəxsin etibarnamə verdiyi digər şəxs imzalaya bilər.


Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.


Rezidenturaya qəbul olmuş şəxslər portal.edu.az platformasında qeydiyyatdan keçdikdən sonra 26.08.2026-02.09.2026-cı il tarixlərində siyahıda göstərilən sənədlərin əslini aşağıdakı cədvəldə qeyd olunan tarixdə və ünvanda şəxsən təqdim etməlidirlər:


Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini;


əsas (baza ali) tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplomu;


xarici ölkələrdə ali təhsil almış şəxslər – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;


xarici ölkələrdə ali ixtisas tibb təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş “Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.





































































































































№



Rezidentura hazırlığı aparan elm, təhsil müəssisələri və klinik bazalar



Tarix, vaxt və ünvan



Azərbaycan Tibb Universiteti



26 avqust


saat 10:00-dan-15:00-dək


(Ünvan: Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda İmtahan Mərkəzində (VTM)



K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu



27 avqust


saat 10:00-dan-15:00-dək (Ünvan: Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda İmtahan Mərkəzində (VTM)



Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu



Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu



Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu



Mərkəzi Klinika



M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi



Kliniki Tibbi Mərkəz



Mərkəzi Neftçilər Xəstəxanası



Akademik M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası



Milli Onkologiya Mərkəzi



28 avqust


saat 10:00-dan-15:00-dək


(Ünvan: Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda İmtahan Mərkəzində (VTM)



Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi



Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı



Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi



Milli Hematologiya və Transfuziologiya Mərkəzi



Bakı Sağlamlıq Mərkəzi



Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu



Gəncə Müalicə Diaqnostika Mərkəzi



31 avqust


saat 10:00-dan-15:00-dək


(Ünvan: Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda İmtahan Mərkəzində (VTM)



Gəncə Şəhər Psixo-nevroloji Dispanser



Gəncə Şəhər Psixiatriya Xəstəxanası



Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi



Respublika Psixiatriya Xəstəxanası



Silahlı Qüvvələrin Baş Klinik Hospitalı”;



Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu



Yeni Klinika



Respublika Neyrocərrahiyyə Xəstəxanası



Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası



Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



1 sentyabr


saat 10:00-dan-15:00-dək


(Ünvan: Bakı ş., Müzəffər Həsənov k., 35)



İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Baki filialı



2 sentyabr


saat 10:00-dan-13:00-dək


(Ünvan: Bakı ş., Hüseyn Cavid prospekti 139)


Mənbə axar.az

Oxşar Xəbərlər