Cəmiyyət

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

20 Aug 2026, 16:23 1 baxış
Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Ermənistan və Azərbaycanın anklavları məsələsi uzunmüddətli dinc yanaşı yaşamağı təmin edən və sərhəd bölgələrinin sakinləri üçün yeni problemlər yaratmayan şəkildə həll edilməlidir.


Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.


Onun sözlərinə görə, İrəvan və Bakı arasında razılaşdırılmış delimitasiya prinsipinə uyğun olaraq, Başkənd Ermənistan ərazisidir, Kərki, Barxudarlı və Yuxarı Əskipara isə deyil:


“Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsinə əsasən delimitasiya aparmaq barədə razılığa gəliblər. Bəyannaməyə əsasən, SSRİ-nin dağılması zamanı keçmiş sovet respublikalarının inzibati sərhədləri dövlətlərarası sərhəd kimi tanınır.


Müvafiq xəritələrə əsasən, Ermənistan-Azərbaycan sərhədinin Tavuş bölgəsinin Kirants kəndi yaxınlığındakı bir hissəsi artıq delimitasiya olunub. Sonrakı prosesin də eyni əsasda davam etməsi barədə anlaşma var.


"Başkənd Ermənistan ərazisidir, Kərki, Barxudarlı və Yuxarı Əskipara isə deyil. Lakin xəritələrin reallığa uyğun gəlmədiyi digər ərazilər də var - Cermukda, Vayots Dzorun digər rayonlarında və həmçinin Tavuşda. Məsələ həll olunmalıdır, lakin hərbi seçim olmadan: bu, keçmişin bağlanmış bir fəslidir. Hər iki tərəf, o cümlədən insanlar üçün əlverişli olan həll yolu tapılmalıdır".

Mənbə axar.az

Oxşar Xəbərlər