Dünya
Pxenyan yaxınlığından Yapon dənizinə doğru çox sayda raket atılıb
Şimali Koreya hərbçiləri Pxenyan ətrafından Yapon dənizi istiqamətinə 10-a yaxın yaxınmənzilli ballistik raket buraxıb. Oxu.Az xəbər verir ki, bu məlumatı "News1" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin açıqlamasına əsasən yayıb. Qeyd edək ki, bundan bir qədər əvvəl Cənubi Koreya ordusu Yapon dənizinə doğru "naməlum tipli mərmi"nin atıldığı barədə məlumat vermişdi.
Mənbə
oxu.az
Oxşar Xəbərlər