Cəmiyyət

6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar vəziyyət iddiası – FOTO

20 Aug 2026, 15:18 18 baxış
6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar vəziyyət iddiası – FOTO
6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar vəziyyətin yarandığı iddia edilib. Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, sözügedən xəstəxananın sanitar qovşağı natəmizdir: "Görüntülərə görə bağışlayın, paylaşmaya bilməzdim, bunu kimsə deməlidir. Bura 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağıdır. Bilmədim, məkan səhiyyə ocağı, tibb mərkəzidir, yoxsa antisanitariya qaynağı? Burada sağlam uşaq sağalmaz xəstəliyə yoluxar. Otaqlar, dəhlizlər də oxşar vəziyyətdədir", - deyə paylaşımda qeyd edilib. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb.
{{gallery}}
6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar vəziyyət iddiası – FOTO 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar vəziyyət iddiası – FOTO 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar vəziyyət iddiası – FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər