Cəmiyyət

Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verildi

20 Aug 2026, 15:42 2 baxış
Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verildi
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdirilib. Proses 2-9-cu və 11-ci sinif şagirdlərini əhatə edir. Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Vurğulanıb ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, agentliyin Vətəndaşlara xidmət mərkəzinə, eləcə də "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər