Cəmiyyət

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

20 Aug 2026, 15:30 1 baxış
Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Ermənistanın 2026–2031-ci illərini əhatə edən yeni hökumət proqramında Qarabağ hərəkatının ideologiyası yer almır.


Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.


Onun sözlərinə görə, Ermənistanın orta və yaşlı nəslinin demək olar ki, bütün siyasi xadimləri, eləcə də gənc nəslin bir çox nümayəndəsi Qarabağ hərəkatının ideologiyası ilə bağlıdır:


“Bu, hakimiyyət nümayəndələrinə də aid idi. Buna baxmayaraq, ötən illər ərzində hökumət uzun müddət bağlı qalan səhifələri yenidən oxumağa qərar verdi. Onların yenidən dəyərləndirilməsi sülh və real Ermənistan gündəminin formalaşmasına gətirib çıxardı. Bu yanaşma Ermənistan cəmiyyətinin müəyyən hissəsinin mövqeyindən də qaynaqlanıb. Yeni proqram çərçivəsində hökumət böhran idarəçiliyindən adi idarəetməyə keçəcək, insan hüquqlarının möhkəmləndirilməsinə, iqtisadi diplomatiyaya, süni intellektin inkişafına və səhiyyə məsələlərinə daha çox diqqət yetirəcək”.

Mənbə axar.az

Oxşar Xəbərlər