Cəmiyyət
İlham Nəsirov vəzifəsindən azad olundu - Foto
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri İlham Nəsirov vəzifəsindən azad olunub.
Axar.az Ölkə.az-a istinadla xəbər verir ki, bu barədə nazir Rəşad İsmayılov müvafiq əmr imzalayıb.
İ.Nəsirov öz ərizəsi əsasında işdən çıxarılıb.
Qeyd edək ki, İ.Nəsirov 2023-cü ilin noyabr ayında o zaman ekologiya və təbii sərvətlər naziri postunu tutan Muxtar Babayevin müşaviri təyin olunmuşdu. O, daha əvvəllər enerji sektorunda müxtəlif vəzifələrdə çalışıb.
Mənbə
axar.az