Dünya

Rusiyadan Kiyevə kütləvi raket hücumu: Azı 12 nəfər öldü, xeyli yaralı var - FOTO - VİDEO

20 Aug 2026, 10:02 3 baxış
Rusiyadan Kiyevə kütləvi raket hücumu: Azı 12 nəfər öldü, xeyli yaralı var - FOTO - VİDEO
Avqustun 20-nə keçən gecə Rusiya ordusunun Kiyevə endirdiyi kütləvi raket zərbələri nəticəsində azı 12 nəfər həlak olub, daha 33 nəfər yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Ukrayna paytaxtının meri Vitali Kliçko açıqlayıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, hücumun fəsadları şəhərin bir neçə rayonunda 12-dən çox məkanda qeydə alınıb. Yaşayış binalarına, tibb müəssisəsinə və təhsil ocağına ziyan dəyib. Bundan əlavə, geniş ərazini əhatə edən anbar binalarında yanğınlar baş verib. Hazırda müvafiq xidmətlər fəsadların aradan qaldırılması istiqamətində iş aparır. Məlumata görə, Ukrayna paytaxtı ballistik raketlərin hücumuna məruz qalıb. Cəmi 15 dəqiqə ərzində Kiyevə 20-yə qədər raket atılıb. Monitorinq kanallarının qeyd etdiyi kimi, şəhərə eyni vaxtda üç növ ballistik silahla zərbələr endirilib. Hücumla əlaqədar Kiyevdə matəm elan olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər