Dünya

"Moderna"nın xərçəng vaksini sınaqdan uğurla çıxdı, səhmləri bahalaşdı

20 Aug 2026, 07:02 2 baxış
"Moderna"nın xərçəng vaksini sınaqdan uğurla çıxdı, səhmləri bahalaşdı
Amerikanın "Moderna" şirkətinin səhmləri dəri xərçənginə qarşı vaksinin klinik sınaqlarının üçüncü mərhələsinin uğurla nəticələnməsindən sonra təxminən 45 dəqiqə ərzində 158,4% bahalaşıb. Oxu.Az xəbər verir ki, bu, Amerikanın NASDAQ birjasının məlumatlarından məlum olub. Səhmlərin qiymətində artım Bakı vaxtı ilə saat 17:30-da başlayıb. Artıq saat 18:15-də qiymətlər 158,4% artaraq səhm üçün 161,5 dollara çatıb. Daha sonra geriləmə baş verib - saat 19:51-ə olan məlumata görə, şirkətin səhmləri 130,7% bahalaşaraq 145,6 dollar səviyyəsində satılıb. "Moderna" ilə vaksini birgə hazırlayan "Merck" şirkətinin səhmləri də bahalaşıb, lakin artım daha az olub. Bakı vaxtı ilə saat 18 radələrində qiymət ən yüksək həddə çataraq 11,7% artıb və səhm üçün 151 dollar təşkil edib. Saat 20:00-a olan məlumata görə, göstərici 149 dollara (+10,9%) enib. Bu gün "Merck" və "Moderna" şirkətləri birgə bildiriblər ki, dəri xərçənginə qarşı fərdiləşdirilmiş mRNT vaksini mRNA-4157-nin sınaqları ilkin olaraq üçüncü mərhələni uğurla keçib. Preparat bu mərhələnin əsas göstəricilərinə - residivsiz sağqalma (RFS) və uzaq metastazsız sağqalma (DMFS) göstəricilərinə nail olub. Tədqiqatda 1 137 xəstə iştirak edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər