Dünya
Günəş tutulmasının insan beyninə gözlənilməz təsiri bəlli oldu - MARAQLI FAKT
İnsan orqanizmi Günəş tutulmasına reaksiya vermək qabiliyyətinə malikdir, lakin bu mexanizmdən gələn məlumat heç də həmişə şüura gedib çatmır. Oxu.Az-ın xəbərinə görə, bu barədə Moskva Dövlət Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının İ.M.Seçenov adına Təkamül Fiziologiyası və Biokimya İnstitutunun baş elmi işçisi, neyrofizioloq Mixail Lebedev Gazeta.ru-ya müsahibəsində danışıb. Mixail Lebedev izah edib ki, insan beyni Günəş tutulması da daxil olmaqla, xarici mühitdə baş verən istənilən dəyişikliyə şüursuz şəkildə reaksiya verir. "Beyin gözləntilər prinsipi ilə işləyir. Əgər hər şey gözləntilərə uyğun gəlirsə, biz dəyişiklikləri hiss etmirik. Lakin gözləntilər pozulursa, biz bunu hiss edirik. Bu, şüursuz şəkildə baş verə bilər. Məsələn, tutulma zamanı günəşli hava bir qədər qaralır və bu hiss olunur. Beyin işıqlandırmadakı dəyişiklikləri, hətta onlar gözlə görünməsə belə, hiss edir. Məsələn, buludlu bir gündə qəfildən parlaq işıq yaranarsa, beyin dərhal bunu qeydə alır. Beləliklə, burada söhbət daha çox beynin ətraf mühitdəki ən minimal dəyişiklikləri belə şüuraltı səviyyədə hiss etmək qabiliyyətindən gedir", - deyə Lebedev qeyd edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər