Digər
Ermənistanda yük maşını hərbçiləri vurdu: 1 ölü, 6 yaralı
Ermənistanın Çəmbərək şəhəri yolunda yük maşını hərbçiləri vurub.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə avqustun 19-u axşam saatlarında baş verib.
Çəmbərək şəhərindən Vaqan kəndinə gedən yolda nömrə nişanı olmayan QAZ-53 markalı yük maşını hərbi qulluqçuları vurub.
Hadisə nəticəsində hərbçilərdən biri Suren Vardanyan yerindəcə ölüb, 6 hərbçi isə yaralanıb.
Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Hərbçilərin Çəmbərəkdəki hərbi hissədə qulluq etdikləri bildirilir.
Mənbə
axar.az