Cəmiyyət

Nazir qalmaqallı xanım direktoru işdən çıxardı

20 Aug 2026, 10:27 2 baxış
Nazir qalmaqallı xanım direktoru işdən çıxardı

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə Xoşqədəm Vidadi qızı Xudiyeva vəzifəsindən azad edilib.


Axar.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.


Kollecin direktoru vəzifəsinin icrası Nigar Səfxanovaya həlavə edilib.


Nigar Səfxanova bu təyinata qədər Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsini icra edib. O bu illin yanvarında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilib.


Qeyd edək ki, bir müddət əvvəl Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin müəllimləri əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsinə görə etiraz edirdilər.

Mənbə axar.az

Oxşar Xəbərlər