İdman

Avropa Liqasında pley-off həyəcanı: "Beşiktaş" və "Trabzonspor" ilk sınaqlarına çıxırlar

20 Aug 2026, 09:00 2 baxış
Avropa Liqasında pley-off həyəcanı: "Beşiktaş" və "Trabzonspor" ilk sınaqlarına çıxırlar
Türkiyə təmsilçiləri "Beşiktaş" və "Trabzonspor" bu axşam UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyunlarına çıxacaqlar. Oxu.Az xəbər verir ki, "Beşiktaş" doğma meydanda Litvanın "Kauno Jalqiris" klubunu, "Trabzonspor" isə evdə Macarıstanın "Ferentsvaroş" komandasını qəbul edəcək. İstanbulda yerləşən "Tüpraş" stadionunda keçiriləcək "Beşiktaş" - "Kauno Jalqiris" və "Şenol Güneş Spor Kompleksində" keçiriləcək "Trabzonspor" - "Ferentsvaroş" matçının hər ikisi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Xatırladaq ki, hər iki cütün cavab qarşılaşmaları avqustun 27-də keçiriləcək. UEFA Avropa Liqası Pley-off mərhələsi 20 avqust Saat 21:00, "Beşiktaş" - "Kauno Jalqiris"; Saat 21:00, "Trabzonspor" - "Ferentsvaroş".
Mənbə oxu.az

Oxşar Xəbərlər