İdman

UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente"yə qarşı

20 Aug 2026, 08:00 2 baxış
UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente"yə qarşı
"Qarabağ" klubu bu axşam UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxır. Oxu.Az xəbər verir ki, təmsilçimiz bu mərhələnin ilk oyununda Niderlandın "Tvente" klubunun qonağı olacaq. Niderlandın Ensxede şəhərində yerləşən "Qrols Veste" arenasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Bu cütün cavab qarşılaşması isə avqustun 27-si, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. UEFA Konfrans Liqası Pley-off mərhələsi 20 avqust Saat 22:00, "Tvente" - "Qarabağ".
Mənbə oxu.az

Oxşar Xəbərlər