Cəmiyyət
Maşın dərəyə aşdı: ölən var
Lənkəranda maşın dərəyə aşıb, bir nəfər ölüb.
Axar.az xəbər verir ki, hadisə Diryan kəndində baş verib.
Belə ki, 1965-ci il təvəlüdlü İntiqam Nuriyev idarə etdiyi "Şevrolet Niva" markalı avtomobili ilə hərəkətdə olarkən Diryan kəndi ərazisində torpaq yolda idarəetməni itirib və avtomobil dərədən aşıb.
İntiqam Nuriyev aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə
axar.az