Dünya

Uşaqlarda depressiyanın gizli əlaməti müəyyən edildi - Alimlərdən XƏBƏRDARLIQ

20 Aug 2026, 05:00 1 baxış
Uşaqlarda depressiyanın gizli əlaməti müəyyən edildi - Alimlərdən XƏBƏRDARLIQ
ABŞ-nin Florida Beynəlxalq Universitetinin psixoloqları uşaqların diqqətlərini idarə etmək qabiliyyətinin depressiya və təşviş simptomları ilə necə əlaqəli olduğunu araşdırıblar. Oxu.Az xəbər verir ki, "Journal of Psycho Tədqiqatçılar iki əsas bacarığı təhlil ediblər: məyusedici vəziyyətlərə baxmayaraq, işə davam etmək qabiliyyəti olan emosional konsentrasiyanı və mənfi hisslərdən uzaqlaşmaq bacarığı olan emosional keçidi. Məlum olub ki, gərginlik anında fikrini cəmləməkdə çətinlik çəkən və ya xoşagəlməz düşüncələrdən xilas ola bilməyən uşaqlarda təşviş və depressiya əlamətlərinə daha çox rast gəlinir. Ümumi konsentrasiya da böyük əhəmiyyət kəsb edir. Uşağın neytral işlərlə, məsələn, məktəb tapşırıqları ilə uzun müddət məşğul olması çətindirsə, emosional problemlərin yaranma ehtimalı artır. Yeniyetmələrin bu məsələdə daha həssas olduğu ortaya çıxıb: yaş artdıqca özünüidarənin yaxşılaşacağına dair gözləntilərin əksinə olaraq, məhz böyük yaşlı iştirakçılar güclü emosiyalar fonunda diqqətlərini cəmləməkdə daha çox çətinlik çəkiblər. Tədqiqatçılar bunu həm də yeniyetməlik dövrünün xüsusiyyətləri, sosial şəbəkələrin təsiri və cinsi yetişkənliyin daha erkən başlaması ilə əlaqələndirirlər. Qeyd etmək lazımdır ki, yüksək akademik göstəriciləri olan uşaqlarda belə təşviş gizli qala bilər. Onlar kənardan heç bir problem yaratmasalar da, daxilən ciddi stres keçirirlər. Tədqiqatçılar hesab edirlər ki, təhsil müəssisələri şagirdlərin psixoloji vəziyyətinə daha diqqətlə yanaşmalıdırlar. Çıxış yolları arasında mütəmadi söhbətlərin aparılması, anonim "təşviş qutuları"nın yaradılması və müəllimlərin psixoloqlar, eləcə də sosial işçilərlə daha sıx əməkdaşlıq etməsi yer alır. Valideynlərin də rolu xüsusi vurğulanır: hisslərin sakit şəkildə müzakirə edilməsi və sağlam emosional tənzimləmədə şəxsi nümunə uşaqlara stresin öhdəsindən gəlməyə kömək edə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər