Şou biznes

ABŞ-də Merlin Monronu 81 dollara satacaqlar - FOTO

20 Aug 2026, 05:31 3 baxış
ABŞ-də Merlin Monronu 81 dollara satacaqlar - FOTO
ABŞ-nin "Mattel" şirkəti Merlin Monronun anadan olmasının 100 illiyi münasibətilə onun obrazında yeni Barbi gəlinciyi buraxıb. Oxu.Az xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilir. Oyuncağın xarici görünüşü "Cənablar sarışınlara üstünlük verirlər" ("Gentlemen Prefer Blondes") filmindəki geyimdən ilhamlanaraq hazırlanıb. Məşhur səhnədə aktrisa "Diamonds Are a Girl's Best Friend" mahnısını ifa etmişdi. O, belində böyük bant olan fuksiya rəngli libas və almaz boyunbağı taxmışdı.
Yeni gəlinciyin qiyməti 81 dollardır. Bu, "Mattel"in Merlin Monrodan ilhamlanaraq buraxdığı ilk Barbi seriyası deyil. 1997-2002-ci illərdə şirkət həmçinin "Yeddinci ilin həyəcanı" ("The Seven Year Itch"), "Milyonçu ilə necə evlənməli" ("How to Marry a Millionaire") və "Şahzadə və rəqqasə" ("The Prince and the Showgirl") filmlərindəki obrazlar əsasında gəlinclər təqdim etmişdi.
ABŞ-də Merlin Monronu 81 dollara satacaqlar - FOTO ABŞ-də Merlin Monronu 81 dollara satacaqlar - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər