Dünya
Braziliyada qeyri-adi hadisə: Dayanmadan gülən doqquz yaşlı qız xəstəxanaya yerləşdirildi - FOTO
Braziliyada doqquz yaşlı qız bir neçə saat gülməsini dayandıra bilməyib və xəstəxanaya yerləşdirilib. Oxu.Az bildirir ki, bu barədə "Terra" nəşri məlumat verib. Məlumata görə, Minas-Jerays ştatından olan doqquz yaşlı Eduarda Barbozanın başına bu qeyri-adi hadisə məktəbdən qayıtdıqdan qısa müddət sonra gəlib. Həmin gün qız mətbəxdə anasına kömək edirmiş və qəfildən gülməyə başlayıb.
Əvvəlcə qadın qızının zarafata görə güldüyünü düşünüb, lakin tezliklə onun göz bəbəklərinin genişləndiyini görüb. Bundan əlavə, Eduarda suallara normal cavab verməyi dayandırıb, qorxmuş kimi görünüb və jestlərlə gülməsini dayandıra bilmədiyini göstərib. Bundan sonra qadın qızını bələdiyyə xəstəxanasına aparıb. Həkimlər epileptik tutmanın nadir forması olan gelastik tutma ehtimalını nəzərdən keçiriblər. Bu zaman real emosiyalarla əlaqəsi olmayan qeyri-iradi gülüş yaranır. Qız kompüter tomoqrafiyasından keçib və müşahidə altında saxlanılıb. Bir neçə saatdan sonra gülüş dayanıb və uşaq yuxuya gedib. Müayinə zamanı heç bir dəyişiklik aşkarlanmayıb, epilepsiya diaqnozu da təsdiqlənməyib. Həkimlər buna stres və ya narahatlığın səbəb ola biləcəyini ehtimal ediblər və nevroloqla məsləhətləşməyi tövsiyə ediblər. Ertəsi gün qız normal həyatına qayıdıb və təkrar epizodlar baş verməyib.

Mənbə
oxu.az