Digər

ABŞ-da iranlı partiya liderinə sui-qəsd edildi

19 Aug 2026, 18:09 4 baxış
ABŞ-da iranlı partiya liderinə sui-qəsd edildi

İranın Məşrutə Partiyasının baş katibi Fuad Paşayi ABŞ-ın Los-Anceles şəhərində sui-qəsdə məruz qalıb.


Axar.az xəbər verir ki, bu barədə partiyanın sosial media hesabında məlumat verilib.


Məlumata görə, hadisə avqustun 17-də axşam saatlarında baş verib. Silahlı hücum nəticəsində ağır yaralanan Paşayi reanimasiyaya yerləşdirilib.


Sui-qəsdin kim tərəfindən törədildiyi hələlik məlum deyil.


Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.


Qeyd edək ki, Məşrutə Partiyası İrana qarşı müxalif mövqeyi ilə tanınır və monarxiya tərəfdarı olan siyasi qurumlardan biridir.

Mənbə axar.az

Oxşar Xəbərlər