Dünya

Makron Fransada evtanaziya ilə bağlı qanun imzaladı

19 Aug 2026, 19:24 2 baxış
Makron Fransada evtanaziya ilə bağlı qanun imzaladı
Fransa Prezidenti Emmanuel Makron ölkədə evtanaziyanın leqallaşdırılması haqqında qanun imzalayıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə rəsmi qəzet olan "Journal Officiel"də dərc olunmuş sənədin mətnində bildirilib. Təşəbbüs iyulun ortalarında parlament tərəfindən təsdiqlənib, avqustun 14-də isə konstitusiyaya uyğun qəbul edilib. "Respublika prezidenti bu qanunu təsdiqlədi", - deyə sənəddə qeyd edilib. Evtanaziya ağır sağalmaz xəstəlikdən əziyyət çəkən, xəstəliyin gec və ya son mərhələsində olan və xəstəliyin həyata təhlükə yaratdığı yetkin xəstələr üçün mümkün olacaq. Prosedur hüququ o şərtlərdə təmin edilir ki, insanın ağrı və əzablarının müalicə ilə aradan qaldırılması mümkün olmasın və ya müalicə dayandırıldığı təqdirdə dözülməz hala gəlsin. Bu hüquqdan yetkinlər - Fransa vətəndaşları və ya ölkədə daimi və qanuni əsaslarda yaşayan əcnəbilər istifadə edə bilərlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər