Dünya

Mafiya İspaniyaya yeni miqrant marşrutu açdı

19 Aug 2026, 19:48 2 baxış
Mafiya İspaniyaya yeni miqrant marşrutu açdı
Cinayətkar qruplaşmalar miqrantların İspaniyanın materik hissəsinə qaçaqmalçılığı üçün Seutadan tranzit məntəqəsi kimi istifadə etməyə başlayıblar. Oxu.Az bildirir ki, bu barədə "El Pueblo de Ceuta" nəşri Birləşmiş Mülki Qvardiya Əməkdaşları Assosiasiyasına (AUGC) istinadən məlumat verib. Məlumata görə, insan alveri ilə məşğul olan mafiya qruplaşmaları Seuta və Melilyadan qeyri-qanuni miqrantların Əndəlüsə qaçaqmalçılığı üçün "tranzit məntəqəsi" kimi istifadə edirlər. Qeyd olunur ki, cinayətkar qruplaşmalar muxtar şəhərlərə qanunsuz girişi asanlaşdırmaqla yanaşı, qeyri-qanuni miqrantların Seuta və Melilyadakı quru sərhəd nəzarəti məntəqələrindən keçərək materikə çatmalarına da kömək edirlər. Nəşr qeyd edir ki, AUGC İspaniya hakimiyyətini ölkənin cənub sərhədində dəniz, quru və hava qüvvələrini gücləndirməyə çağırıb. Xatırladaq ki, iyulun sonlarında Mərakeşdən olan on minlərlə miqrant İspaniyanın Seuta şəhərinə qanunsuz olaraq daxil olub. Bu, İspaniya Ali Məhkəməsinin qeyri-qanuni miqrantların ölkədən dərhal çıxarılmasını qadağan etməsindən və onlara sığınacaq üçün müraciət etmək imkanının verilməsini tələb etməsindən sonra baş verib. Avqustun 3-də İspaniyanın xarici işlər naziri Xose Manuel Albares söz verib ki, Seutadan bütün miqrantlar "sonuncuya qədər" qovulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər