Digər
1638-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1638-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 673 təyyarəsi, 284 helikopteri, 213 410 PUA-sı, 669 zenit-raket kompleksi, 30 644 tank və digər zirehli texnikası, 1 774 reaktiv yaylım atəş sistemi, 36 198 artilleriya və minaatanı, 69 659 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mənbə
axar.az