Siyasət
Azərbaycanın Ukraynada torpaq icarəsi layihəsi: Müharibə bitdikdən sonra reallaşa bilərmi?
2022-ci ilin əvvəlində Azərbaycanın Ukraynada ərzaqlıq buğda istehsalı məqsədilə təxminən 50 min hektar torpaq sahəsinin icarəyə götürülməsini müzakirə etdiyi və ilkin razılığa gəldiyi bildirilsə də, həmin il başlayan müharibə səbəbindən bu layihə hələlik reallaşmamış və təxirə salınmışdır. Həmçinin əlavə edək ki, Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının növbəti iclası bu ilin payızında Ukraynada keçiriləcək. Görəsən, sözügedən məsələ komissiyanın iclasında müzakirə edilə bilərmi və razılıq barədə inkişaf mümkündürmü? Məsələ ilə bağlı Oxu.Az-a danışan Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Babaoğlu qeyd edib ki, iki ölkə arasında münasibətlər dərindir, beynəlxalq hüquqa, həmçinin tarixi-siyasi baxışlara əsaslanıb. Deputat torpağın icarəyə götürülmə məsələsinə isə münasibət bildirərkən deyib ki, Rusiya zaman-zaman Ukrayna ərazisindəki Azərbaycan obyektlərinə, həmçinin ölkəmizlə əlaqəli olan məntəqələrə zərbələr endirib:
"Təəssüf ki, Rusiya-Ukrayna müharibəsi hələ də başa çatmayıb. Müharibə davam etdiyi üçün, həmçinin Rusiyanın Azərbaycanla bağlı obyektlərə zərbə endirdiyindən sözügedən məsələdə müəyyən tərəddüdlər ola bilər. Lakin münasibətlərimizin böyük perspektivi var. Ümumilikdə isə iki ölkə arasında bəzi məsələlər layihələndirmə mərhələsindədir. İnanıram ki, bu layihələr gələcəkdə mütləq şəkildə həyata keçiriləcək. Hazırda torpaq icarəsi və digər məsələlər Rusiya-Ukrayna müharibəsi başa çatsa, ilin sonuna qədər atəşkəs əldə olunsa, icra mərhələsinə keçə bilər. Lakin təəssüf ki, müharibə müxtəlif fazalarda davam edəcək". İşçi qrupunun digər üzvü Müşfiq Cəfərov isə Oxu.Az-a bildirib ki, Ukrayna torpağı bərəkətlidir və orada bir hektardan daha keyfiyyətli və yüksək məhsuldarlıqla buğda götürmək mümkündür:
"Azərbaycan qida təhlükəsizliyini təmin etmək məqsədilə Ukraynadan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə götürülməsi barədə razılıq hələ 2022-ci ildə əldə olunmuşdu. Həmin icarəyə götürülən torpaqda əkin işlərini Azərbaycan şirkətləri həyata keçirməli, istehsal olunan buğda isə ölkəmizə gətirilməli idi. Hətta bu məsələyə yerli telekanallara verdiyi müsahibədə Prezident İlham Əliyev də toxunmuşdu. Prezident İlham Əliyev bildirmişdi ki, ölkəmizin iqlim şərtləri və torpaq ehtiyatları buğda ilə tam özünütəminata imkan vermir. Buna görə də hökumət başqa ölkələrdə torpaqları icarəyə götürüb buğda yetişdirmək variantı üzərində işləyir. Lakin Rusiya-Ukrayna arasında başlayan müharibə buna imkan vermədi. Əslində, əldə olunan razılığın tam detalları ilə işlənib hazırlanmışdı. Düşünürəm ki, müharibə yekunlaşdıqdan sonra həmin razılıq bir daha yaranmış yeni vəziyyətə uyğun işlənib hazırlanıb reallaşacaq. Hazırda isə bunun reallaşması mümkün görünmür".

Mənbə
oxu.az