Cəmiyyət
Lökbatan qəsəbəsində sürücülər üçün təhlükə yaradan yol problemi - VİDEO
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sürücülərin həyatını təhlükəyə atan yol problemi sakinlərin narazılığına səbəb olub. Söhbət qəsəbənin 6-cı massivindəki Rasim Məmmədov küçəsindən gedir.
Sosial şəbəkələrdə yayılan görüntülərdən də aydın olur ki, asfalt örtüklü yolun sonunda böyük uçurum və dərə yerləşir. Ərazini tanımayan sürücülər, xüsusilə də gecə saatlarında bu yola daxil olduqda təhlükəni vaxtında görməyə bilərlər. Sakinlərin Baku TV-yə sözlərinə görə, 6-cı massivdə bir neçə küçənin sonunda vəziyyət eynidir. Əvvəllər ərazidəki dərələr doldurularaq fərdi yaşayış evləri tikilib, lakin bəzi hissələrdə təhlükəli boşluqlar hələ də qalır. Sakinlər bildirirlər ki, ərazinin problemi yalnız bununla məhdudlaşmır. Onların sözlərinə görə, burada su təminatı, ictimai nəqliyyat və küçə işıqlandırması ilə bağlı da ciddi çətinliklər var.

Mənbə
oxu.az