Siyasət

Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan prezidentinə təqdim edib - FOTO

19 Aug 2026, 17:20 1 baxış
Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan prezidentinə təqdim edib - FOTO
Azərbaycanın Qazaxıstana yeni təyin olunmuş səfiri Əlimirzamin Əsgərov etimadnaməsini Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təqdim edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Akorda.kz" nəşri məlumat verib. Məlumata görə, diplomat etimadnaməsini Astanada Müstəqillik Sarayında keçirilən mərasimdə dövlət başçısına təqdim edib.
{{gallery}} Azərbaycan səfiri ilə yanaşı, Moldova, Vyetnam, Koreya Respublikası, Cənubi Afrika Respublikası, Slovakiya, Almaniya, Sloveniya və Namibiyanın səfirləri də etimadnamələrini təqdim ediblər. Tokayev öz salamlama nitqində Qazaxıstanın sülhsevər xarici siyasətə sadiqliyini qeyd edib və ölkənin sülh, təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsini təşviq etmək istiqamətində istəyini vurğulayıb. Sonda dövlət başçısı Qazaxıstanın təmsil olunan ölkələrlə əlaqələrin daha da möhkəmləndirilməsində və çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu təsdiqləyib. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 28-də Qazaxıstana yeni səfir təyin edib. Daha əvvəl bu vəzifəni Ağalar Atamoğlanov tutub. Əlimirzamin Əsgərov öz növbəsində bundan əvvəl Azərbaycanın Tacikistandakı diplomatik missiyasına rəhbərlik edib.
Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan prezidentinə təqdim edib - FOTO Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan prezidentinə təqdim edib - FOTO Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan prezidentinə təqdim edib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər