Dünya

İranda ağlasığmaz kampaniya: Trampa sui-qəsd üçün pul topladılar

19 Aug 2026, 17:48 3 baxış
İranda ağlasığmaz kampaniya: Trampa sui-qəsd üçün pul topladılar
İran İslam Respublikasının dövlət televiziyası olan "IRIB Quran" kanalında canlı yayım zamanı Ağ Evin rəhbəri Donald Trampın öldürülməsini təşkil etmək məqsədilə ianə toplanışına start verilib. Oxu.Az xəbər verir ki, bu barədə "MEMRI TV" məlumat yayıb. Məlumata görə, televiziya aparıcısı Məryəm Qasemi birbaşa olaraq izləyicilərə müraciət edərək, ABŞ liderinin sui-qəsdi üçün mükafat olaraq pul köçürməyə çağırıb. Aparıcı iddia edib ki, bütün İran vətəndaşları bu təşəbbüsü dəstəkləyir və ABŞ dövlət başçısının ölüm xəbərini eşitmək istəyirlər. Qeyd olunur ki, tamaşaçılar kampaniyaya anında reaksiya veriblər. Cəmi on dəqiqə davam edən efir ərzində telekanalın bank hesabına təxminən 100 milyon İran tüməni yığılıb ki, bu da ABŞ valyutası ilə təqribən 535 dollar edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər