Cəmiyyət
Nəsimidə su xəttində qəza: küçələri su basdı - Video
Bakı şəhərinin Nəsimi rayonunda, 4-cü mikrorayon adlanan ərazidə su xəttində qəza baş verib. Qəza nəticəsində mikrorayonun bəzi küçələrini su basıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Axar.az-a verilən açıqlamada sözügedən ərazidə qəzanın baş verdiyini təsdiqləyib:
“Hüseyn Seyidzadə küçəsində içməli su xəttində xırda qəza baş verib. Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır. Yaxın saatlarda problem tamamilə aradan qaldırılacaq”.
Mənbə
axar.az