İdman

AFFA-da vəzifəli şəxslər işdən çıxarıldılar

18 Aug 2026, 16:44 2 baxış
AFFA-da vəzifəli şəxslər işdən çıxarıldılar
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) iki nəfər vəzifəsindən azad edilib. Oxu.Az Sport1.az-a istinadla xəbər verir ki, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov vəzifəsindən göndərilib. Bundan başqa, federasiyanın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov da qurumdan uzaqlaşdırılıb. Həmçinin, AFFA-da Kütləvi Futbol Departamentinin rəhbəri vəzifəsini icra edən Fərrux İsmayılov da vəzifəsindən azad edilib. Millimizin sabiq üzvü 2020-ci ildən sözügedən departamentin rəhbəri idi. Onların hansı səbəbdən vəzifəsindən azad olunduğu barədə məlumat yoxdur.
AFFA-da vəzifəli şəxslər işdən çıxarıldılar
Mənbə oxu.az

Oxşar Xəbərlər