İdman

"İmişli"nin yeni transferində hepatit aşkarlandı - FOTO

18 Aug 2026, 15:32 2 baxış
"İmişli"nin yeni transferində hepatit aşkarlandı - FOTO
"İmişli" futbol klubunun bu yay heyətinə qatdığı Dominqos Senqui Hermeneqildo (Pikas) ilə yolları ayrılıb. Oxu.Az Sport24.az-a istinadən xəbər verir ki, 25 yaşlı anqolalı futbolçunun tibbi müayinəsi zamanı hepatit aşkarlanıb. Bu səbəbdən bölgə təmsilçisi onunla bağlanan müqaviləyə xitam verib. Qeyd edək ki, Pikas "İmişli" ilə 2+1 illik müqavilə imzalamışdı. O, daha əvvəl Anqolanın "Petro Luanda", Portuqaliyanın "Şaveş", "Torreenşe", "Feyrenşe" və "Fafi" klublarında çıxış edib.
"İmişli"nin yeni transferində hepatit aşkarlandı - FOTO "İmişli"nin yeni transferində hepatit aşkarlandı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər