Digər

Kanye Uest Putinlə görüşmək istəyir – Rusiyadan cavab

18 Aug 2026, 16:55 2 baxış
Kanye Uest Putinlə görüşmək istəyir – Rusiyadan cavab

Rusiya Prezidenti Vladimir Putinlə amerikalı reper Kanye Uest arasında görüş üçün bir neçə şərt yerinə yetirilməlidir.


Axar.az xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin birinci müavini Svetlana Jurova deyib.


“İlk növbədə, prezidentimizin və sənətçinin iş qrafikləri, onların uyğunluğunu təmin etmək məsələsi vacibdir. Hipotetik olaraq belə bir ehtimal mövcuddur”, - o bildirib.


Qeyd edək ki, Kanye Uest dünya turu çərçivəsi 10-11 oktyabr tarixlərində Sankt-Peterburqda iki konsert verəcək. “Say Agency” konsert agentliyinin baş direktoru Anna Subçeva musiqiçinin Putinlə görüşmək istəyini ifadə etdiyini vurğulamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər