Dünya
İspaniyanın güclü zəlzələ: Xəsarət alanlar var - VİDEO
Bu gün səhər saatlarında İspaniyanın Qranada əyalətində baş verən 4.7 maqnitudalı zəlzələ nəticəsində üç nəfər xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə ABC qəzeti məlumat yayıb.
Bildirilib ki, zərərçəkənlər yüngül xəsarətlər alıblar və onlardan biri xəstəxanaya yerləşdirilib. Təhlükəsizlik tədbiri olaraq Qranada rəhbərliyi bütün inzibati binaları, muzeyləri və idman komplekslərini ziyarətçilər üçün bağlayıb. Nəşr qeyd edir ki, hazırda yalnız sosial xidmət müəssisələri fəaliyyətini davam etdirir. Yerli xilasetmə xidmətləri torpaq sürüşmələri və yaranmış çatlar barədə onlarla müraciət qəbul etdiklərini bildiriblər. Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində paylaşılan foto, videolarda küçələrin dağıntılarla dolduğu, ağacların aşdığı və avtomobillərə ziyan dəydiyi əks olunur. Qeyd edək ki, avqustun 15-də Qranada yaxınlığında 5 maqnitudalı daha bir zəlzələ qeydə alınmışdı.

Mənbə
oxu.az