Cəmiyyət
Azərbaycanda əhalinin sayı artıb
Azərbaycanda əhalinin sayı artıb. Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2026-cı ilin yanvar-iyun aylarında əhalinin sayı 11 099 nəfər və ya 0.1 faiz artaraq 2026-cı il iyul ayının 1-i vəziyyətinə 10 273 450 nəfərə çatıb. Ölkə əhalisinin 54.3 faizini şəhər, 45.7 faizini kənd sakinləri, 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.
Mənbə
oxu.az