Cəmiyyət
AMB "Eliko"nun vəzifəli şəxsini cərimələdi
Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarının iştirakçısı olan "Eliko" MMC-nin vəzifəli şəxsini cərimələyib.
Axar.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən "Eliko"nun vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 1 000 manat cərimə edilib.
Mənbə
axar.az