İdman
Azərbaycan futbolu tarixində dördüncü braziliyalı: Renatodan xüsusi göstərici
"Zirə"nin müdafiəçisi Ruan Renato Misli Premyer Liqasının I turunda Bakı klubunun heyətində 100-cü çempionat matçına çıxıb. Oxu.Az xəbər verir ki, 2023-cü ildən paytaxt təmsilçisində çıxış edən braziliyalı futbolçu bu görüşlərdə 13 qola imza atıb. O, Azərbaycan çempionatları tarixinə eyni klubun heyətində yüksək dəstədə 100 və daha çox matç keçirən 4-cü braziliyalı kimi düşüb. Bu göstəricidə rekord "Neftçi"də 133 oyun keçirən Flavinyoya məxsusdur. Denis Silva isə 2 fərqli klubda 100 matç həddini aşıb: Flavinyo ("Neftçi") - 133 Dodo ("Qəbələ") - 131 Denis Silva ("Neftçi") - 116 Denis Silva ("Şamaxı") - 113 Ruan Renato ("Zirə") - 100 Qeyd edək ki, Braziliya əsilli Riçard Almeyda "Qarabağ"da daha çox oyun keçirsə də, karyerasının gedişində Azərbaycan millisinin şərəfini qoruyub və legioner statusu daşımayıb.
Mənbə
oxu.az