Dünya

İspaniyada anomal istilər: Dörd mindən çox qurban

17 Aug 2026, 15:48 2 baxış
İspaniyada anomal istilər: Dörd mindən çox qurban
İspaniyada son iki ay yarım ərzində, yəni 1 iyun - 15 avqust tarixləri arasında dörd mindən artıq ölüm halının isti hava şəraiti ilə bağlı olduğu bildirilir. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın gündəlik ölüm hallarının monitorinqi sisteminin məlumatlarında qeyd olunub. Qurumun məlumatına əsasən, ötən ilin müvafiq dövrü ərzində bu göstərici təxminən 2 400 nəfər təşkil edirdi. Bir müddət əvvəl isə ispan meteoroloqları krallıqda 2026-cı ilin ilk yarısının son 65 il ərzində ən isti dövr olduğunu açıqlamışdılar.
Mənbə oxu.az

Oxşar Xəbərlər