İdman

Millimiz son oyununda da uduzdu

17 Aug 2026, 14:56 1 baxış
Millimiz son oyununda da uduzdu
Azərbaycanın qızlardan ibarət U-15 millisi Qazaxıstanda təşkil olunan UEFA İnkişaf Turnirində son oyununu keçirib. Oxu.Az AFFA-ya istinadən xəbər verir ki, yığma Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Şimkənd şəhərində yerləşən "Namys" stadionunda baş tutan görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, U-15 yığması turnirdəki əvvəlki matçlarında Qazaxıstana (1:2) və Rusiyaya (0:13) məğlub olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər