Cəmiyyət

Sərnişinlərin NƏZƏRİNƏ: Qatarların hərəkət qrafiki dəyişəcək

17 Aug 2026, 10:48 2 baxış
Sərnişinlərin NƏZƏRİNƏ: Qatarların hərəkət qrafiki dəyişəcək
Ənənəvi mövsümlərarası keçidlə əlaqədar 19 sentyabrdan etibarən Bakı-Qəbələ-Bakı reyslərinin qrafikinə dəyişiklik ediləcək. Oxu.Az xəbər verir ki. bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Belə ki, qatarlar Bakıdan Qəbələyə həftənin şənbə günü, Qəbələdən Bakıya isə bazar günü hərəkət edəcək. ADY qeyd olunan tarixdən sonrakı səfər planları üçün yeni qrafiki nəzərə almağı tövsiyə edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər