Cəmiyyət

Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki dəyişir

17 Aug 2026, 10:37 2 baxış
Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki dəyişir

Ənənəvi mövsümlərarası keçidlə əlaqədar 19 sentyabrdan etibarən Bakı-Qəbələ-Bakı reyslərinin qrafikinə dəyişiklik ediləcək.


Azərbaycan Dəmir Yolları QSC-dən Axar.az-a verilən məlumata görə, qatarlar Bakıdan Qəbələyə həftənin şənbə günü, Qəbələdən Bakıya isə bazar günü hərəkət edəcək.


ADY sərnişinlərə qeyd olunan tarixdən sonrakı səfər planları üçün yeni qrafiki nəzərə almaqlarını tövsiyə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər