Digər

AB Rusiyaya qarşı ən böyük sanksiya paketi hazırlayır - Kallas

17 Aug 2026, 10:53 3 baxış
AB Rusiyaya qarşı ən böyük sanksiya paketi hazırlayır - Kallas

Avropa Birliyi 2022-ci ildən bəri Rusiyaya qarşı ən böyük sanksiya paketini hazırlayır.


Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas deyib.


“Payıza qədər müharibənin başlanğıcından bəri ən genişmiqyaslı sanksiyalar paketini təklif edəcəyəm. Qəbul edildikdən sonra sanksiyalara məruz qalan Rusiya hüquqi və fiziki şəxslərinin ümumi sayı xeyli artacaq. Moskva müharibəyə son qoyana qədər təzyiqlər daha da artmalıdır”, - Kallas bildirib.


Onun sözlərinə görə, Avropa sanksiyaları artıq Rusiyaya ciddi ziyan vurub və onu 1 trilyon avrodan çox vəsaitdən məhrum edib.

Mənbə axar.az

Oxşar Xəbərlər