Dünya

KİV: İran ABŞ və İsraillə münaqişənin bərpasına hazırlaşır

17 Aug 2026, 10:44 2 baxış
KİV: İran ABŞ və İsraillə münaqişənin bərpasına hazırlaşır
Tehran hesab edir ki, ABŞ və İsrailin atəşkəs əldə etmək cəhdləri, sadəcə, qlobal bazarlardakı gərginliyi səngitmək və hərbi əməliyyatların növbəti mərhələsinə hazırlaşmaq məqsədi daşıyır. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məxfi kəşfiyyat mənbələrinə və anonim rəsmilərə əsaslanaraq məlumat yayıb. Nəşrin məlumatına əsasən, Tehran hazırkı danışıqları yalnız "münaqişədən əvvəlki fasilə", imzalanmış memorandumu isə "böyük ehtimalla ABŞ və İsrail tərəfindən qlobal iqtisadiyyata təzyiqi zəiflətmək və vaxt qazanmaq cəhdi" kimi qiymətləndirir. Qəzetin yazdığına görə, İranın müqavimət göstərməyə hazır olması tərəflər arasında münaqişənin tezliklə başa çatması üçün dayanıqlı razılaşma əldə etməyə imkan verməyəcək dərin inamsızlıqdan xəbər verir.
Mənbə oxu.az

Oxşar Xəbərlər